Beyləqanda bazarda baş vermiş yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2

Beyləqan şəhərində bazarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb”, – məlumatda qeyd olunub.

Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir.

02:30

Beyləqan şəhərindəki yanğının söndürülməsinə Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri də cəlb edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir”, – məlumatda vurğulanıb.

01:32

Beyləqanda bazar ərazisində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More