Ərdoğan: Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır

Suriya İsraillə İran arasında hərbi toqquşmadan kənarda qalmalıdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd Əl-Şaara ilə telefon danışığı zamanı deyib.

Tərəflər Yaxın Şərqdəki mövcud durumu müzakirə ediblər.

Ərdoğan bildirib ki, İsrailin hücumları region üçün təhlükəlidir.

O, həmçinin əlavə edib ki, hazırkı vəziyyətdə terror təşkilatları və radikal ünsürlərə qarşı daha diqqətli olmaq lazımdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More