Fon der Lyayen İsrail Prezidenti ilə danışığında münaqişə tərəflərini deeskalasiyaya çağırıb

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İsrailin Prezidenti İsxak Hersoq ilə telefon danışığında münaqişə tərəflərini deeskalasiyaya çağırıb.

“Report” xəbər verir ki, bu barədə avropalı siyasətçi sosial şəbəkədə yazıb.

“Yaxın Şərqdə gərginləşən vəziyyətlə bağlı Prezident İsxak Hersoq ilə danışdım”, – o qeyd edib.

Fon der Lyayen telefon danışığında “İsrailin özünümüdafiə və öz xalqını qorumaq hüququnu bir daha vurğuladığını” bildirib, eyni zamanda “regional sabitliyin qorunmasının vacibliyinə” diqqət çəkib.

“Bütün tərəfləri maksimum təmkinlə hərəkət etməyə və vəziyyətin gərginliyini azaltmaq üçün çalışmağa çağırıram”, – o yazıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More