Oğuz rayonunda külək irigövdəli ağacı avtomobil yoluna aşırıb, yol bağlanıb

Oğuz rayonunda güclü külək fəsadlar törədib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz rayonu ərazisində əsən güclü külək palıd ağacını avtomobil yoluna aşırıb.

Nəticədə Oğuz – Şəki avtomobil yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Bundan başqa, Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonunun Bayan kəndindən keçən hissəsində külək ağacı “Toyota Camry” markalı avtomobilin üzərinə aşıraraq onu yararsız vəziyyətə salıb.

Əlavə edilib

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More