Şəkidə yük avtomobili aşıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, avtomobil yük boşaldərkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha iki nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.