Ərdoğan Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Report” xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkədə paylaşım edib.

“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin mətbuat katibi Fəxrəddin Altun Azərbaycanı təbrik etmişdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More