FIDE: “Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi”

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (2290) dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməsinin təsadüfi olmadığını sübut edib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi instaqram hesabında yazılıb.

FIDE İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatındakı bu görüşü xüsusi qabardıb:

“Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi”.

Qeyd edək ki, Xaqan Əhmədin 13 yaşı var. O, dünya çempionatında Türkiyə komandasının heyətində çıxış edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More