İran İraqı hava məkanına nəzarəti gücləndirməyə çağırıb

İran prezidenti Məsud Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı Bağdad hakimiyyətini İsrailin bu ölkənin hava məkanından istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

“Report”un xəbərinə görə, bu barədə İran Prezidentinin dəftərxanasının bəyanatında bildirilib.

“Biz vurğulayırıq ki, İraq hökuməti daha böyük məsuliyyət daşımalı və İraq ərazisinin İrana qarşı hücumlar üçün istifadə edilməməsi üçün sərhədlərinin və hava məkanının mühafizəsini təmin etməlidir”, – Pezeşkian bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More