İran Silahlı Qüvvələrinin İsrailə raket hücumu nəticəsində beş ukraynalı, o cümlədən üç uşaq ölüb.
“Report” xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidmətinə ölkənin Xarici İşlər Nazirliyindən
“Ukraynanın İsraildəki səfirliyinin ilkin məlumatına görə, iyunun 14-də İranın İsrailə qarşı kütləvi raket hücumu və Bat-Yam şəhərində yaşayış evinə raketin düşməsi sonucunda beş Ukrayna vətəndaşı, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq həlak olub”, – Ukraynanın xarici siyasət idarəsindən məlumat verilib.
Qeyd olunub ki, ölənlərin kimliyi müəyyənləşdirilir: “Ukraynalı diplomatlar və konsullar həlak olanların kimliklərinin müəyyənləşdirilməsi və meyitlərin repatriasiyası prosedurunu təşkil etmək üçün İsrail polisi və digər xidmətlərlə sıx əlaqədədirlər”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.