İran-İsrail qarşıdurması nəticəsində Yaxın Şərqdə yaranan hərbi eskalasiya Avropada yeni qaçqın dalğalarına səbəb ola bilər.
“Report” İNA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseyn almaniyalı həmkarı
“Hərbi eskalasiya Avropada yeni qaçqın dalğalarına səbəb ola bilər. Bu, gərginliyin səbəblərini aradan qaldırmaq və vəziyyəti diplomatik həll yolu ilə azaltmaq üçün ciddi beynəlxalq tədbirlər tələb edir”, – İraq xəbər agentliyi F.Hüseyndən sitat gətirib.
“İsrailin İraqın hava məkanını dəfələrlə pozması beynəlxalq hüququn və milli suverenliyin açıq şəkildə pozulmasıdır”, – deyə o, Almaniya və beynəlxalq ictimaiyyəti “bu pozuntulara qarşı qətiyyətli mövqe tutmağa” çağırıb.
Yoxan Vadeful cavabında Almaniyanın “İraqın təhlükəsizliyini və sabitliyini dəstəkləmək” istəyini bir daha təsdiqləyib. “Almaniya İraqın zorakılıq dövrünə cəlb edilməsinin qarşısını almaq üçün regional və beynəlxalq tərəfdaşları ilə işləyir. Biz İraq üçün təhlükəsizlik və sabitlik istəyirik”, – o deyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.