“Liverpul” İngiltərə klubunun futbolçusu ilə maraqlanır

İngiltərənin “Liverpul” klubu “Nyukasl”ın futbolçusu Entoni Qordonla maraqlanır.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı vinger üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.

Fransa təmsilçisi PSJ Bredli Barkolanı satmaqdan imtina etdiyi üçün “qırmızılar” Qordona yönəlib.

Qeyd edək ki, Entoni Qordon 2024/2025 mövsümündə İngiltərə klubunda 42 matçda iştirak edib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More