“MDB-nin idman paytaxtı” sertifikatı Gəncə şəhər rəhbərliyinə təqdim olunub

“MDB-nin idman paytaxtı” sertifikatı Gəncə şəhər rəhbərliyinə təqdim olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, sertifikatı MDB-nin İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehir Hojizadə təqdim edib.

Bununla əlaqədar olaraq Heydər Əliyev Park-Kompleksində idman oyunlarının nümayişi keçirilib. Daha sonra isə konsert proqramı baş tutub.

Qeyd edək ki, III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More