Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
“Report” xəbər verir ki, o, bunu Bakıda Ukrayna ali təhsil müəssisələrinin sərgisinin açılış mərasimində deyib.
“Biz Ukraynanın genişmiqyaslı işğalın ilk günlərindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar yardımına verdiyi dəstəyi çox yüksək qiymətləndiririk”, – diplomat deyib.
Y.Qusev əlavə edib ki, Kiyev Bakı ilə təhsil mübadiləsində maraqlıdır.
“Biz Ukrayna ilə Azərbaycan arasında akademik mübadilələrin, ikili diplom proqramlarının, birgə tədqiqat layihələrinin və tələbə mobilliyi imkanlarının daha da inkişaf etdirilməsində xüsusilə maraqlıyıq”, – diplomat vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.