Həftəsonu ölkə ərazisində 60 kiloqramdan artıq narkotik aşkarlanıb

Azərbaycanda iyunun 14-də və 15-də 60 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də və 15-də ümumi çəkisi 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More