ABŞ Prezidenti Donald Tramp əvvəlcə İsrailin İrana hücum etmək istəyinə qarşı çıxıb, lakin sonradan belə addımlarla razılaşıb.
“Report” xəbər verir ki, bu barədə NBC ABŞ və Yaxın Şərqdəki çoxsaylı mənbələrə istinadən bildirir.
“Tramp İsrailin İrana qarşı hərbi əməliyyatlar variantına qarşı idi, danışıqlara üstünlük verirdi, bombardmana yox”, – telekanalın məlumatında bildirilib.
Telekanalın məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin İsrail ilə bağlı planları və ABŞ-nin əməliyyata dəstək variantları haqqında həlledici brifinqindən sonra “Tramp səssiz razılıq verib və məhdud yardım göstərməyi qərara alıb”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.