Koşta: İranın nüvə silahı hazırlamasına icazə vermək olmaz

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta İranın nüvə silahına sahib olmamasına dair əminliyini ifadə edib.

“Report” “İnterfaksa” istinadən xəbər verir ki, A.Koşta bunu bazar ertəsi Kanadada “Böyük yeddilik” sammitinin açılışında bəyan edib.

O bildirib ki, Tehranı bundan imtina etməyə diplomatik yolla inandırmaq lazımdır: “Biz Yaxın Şərqdə səylərimizi artırmalıyıq. İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. Bu məsələ diplomatik vasitələrlə həll edilməlidir”.

A.Koşta, həmçinin Ukrayna ətrafındakı vəziyyəti şərh edib: “Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün kollektiv qətiyyətimizin kursuna sadiq qalmalı, Birləşmiş Ştatların rəhbərliyi altında sülh səylərinə kömək etməliyik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More