QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar vətənə qayıdır – YENİLƏNİB

Azərbaycanlı zəvvarlar vətənə qayıtmaq üçün artıq yola düşüblər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı.

11:44

Hazırda azərbaycanlı zəvvarlar Mədinə Beynəlxalq Hava Limanındadırlar.

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 11:00-12:00 radələrində azərbaycanlı hacılardan ibarət ilk qrup Vətənə yola düşəcək:

“Reyslərdə heç bir dəyişiklik yoxdur. Azərbaycanlı zəvvarlar yerli vaxtla 17:00-18:00 radələrində Bakıya eniş edəcəklər. Mövcud vəziyyətlə əlaqədar heç bir dəyişiklik yoxdur. Hər şey qaydasındadır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More