ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq

ABŞ-nin Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.

“Report”un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset “Fox News”a müsahibəsində deyib.

“Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Təbii ki, bunun baş verəcəyinə ümid edirik”, – o deyib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hələ də Tehranla İslam Respublikasının nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və Amerika liderinin bu məsələdə mövqeyi dəyişməyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More