Azərbaycan-NATO əlaqələri müzakirə olunub

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb.

“Report” xəbər verir ki, bu barədə C.Hüseynzadə “X” hesabında paylaşım edib.

O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More