İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb.
“Report”un “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri – SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.
“Bir neçə dəqiqə əvvəl “Doğru vəd 3″ əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək”, – agentlik onun sözlərini sitat gətirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.