UEFA Avropa Liqasının 2025/2026 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya)
“Şerif” (Moldova) – “Priştina” (Kosovo)
“Spartak” (Trnava, Slovakiya) – “Hakken” (İsveç)
“Sabah” (Azərbaycan) – “Sele” (Sloveniya)
“Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan)
AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya)
“Paksi” (Macarıstan) – ÇFR (Rumıniya)
“Levski” (Sofiya, Bolqarıstan) – “Hapoel” (İsrail)
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-da, cavab qarşılaşmaları iyulun 17-də keçiriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.