İrandan Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı, o cümlədən tələbələr təxliyə edilib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Hindistan vətəndaşlarının təxliyəsi İran və İsrail arasındakı gərginlik fonunda həyata keçirilir.
Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.
“Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib”, – o bildirib.
“Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.