Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. Sərginin fəxri qonaq ölkəsi isə Malayziyadır.

Açılış mərasimində Azərbaycan nəşriyyat nümayəndələri və tanınmış yazarların daxil olduğu geniş heyətlə iştirak edir. Sərgi çərçivəsində milli stend və təqdimat zonası vasitəsilə Azərbaycanın zəngin ədəbi-mədəni irsi dünya auditoriyasına təqdim olunur.

Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.

Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More