CBS: ABŞ İranın nüvə obyektlərinə zərbələrə qoşula bilər

ABŞ prezidenti Donald Tramp İsrailin Fordo obyekti də daxil olmaqla İrandakı nüvə obyektlərinə zərbələrinə qoşulmağı düşünür.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “CBS News” məlumat yayıb.

Qeyd olunub ki, məsələ Ağ Evin Situasiya otağında müzakirə olunub. Bu qapalı görüşlər üçün təhlükəsiz otaqdır.

Bununla yanaşı, telekanal qeyd edib ki, Trampın ən yaxın müşavirləri arasında İsrailin hərbi əməliyyatlarında Amerika qüvvələrinin iştirakı ilə bağlı tam razılıq yoxdur.

Bunun fonunda İsrailin “N12 telekanalı” Vaşinqtonun İranın nüvə obyektlərinə zərbələr endirməkdə Təl-Əvivə qoşulacağını bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More