Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı həbs etməkdən imtina etdiyi üçün tutduğu vəzifədən azad edilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-in məlumatında deyilir.
Qeyd olunub ki, A.Abazyan baş nazir Nikol Paşinyana iş adamının həbs edilməsi üçün heç bir əsas olmadığını bildirib. Nəticədə S.Karapetyan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qərarın mətni hökumətin saytında dərc edilib.
Müvafiq qərar bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib.
Qərarın səbəbləri barədə məlumat verilmir.
A.Abazyan 2020-ci ilin noyabrından MTX direktoru vəzifəsində çalışıb.
Bu vəzifənin icrası müvəqqəti olaraq direktor müavini Andranik Simonyana həvalə edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.