Əziz Ələkbərli: Son 200 ildə ilk dəfə Qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb

Son 200 ildə ilk dəfə Qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb.

Bunu “Report”un Şimal bürosuna açıqlamasında Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli iyunun 18-də Xaçmazda keçirilən “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans çərçivəsində deyib.

“Qərbi Azərbaycan icmasının bütün rayonlarda nümayəndəliyi var. Son zamanlar belə tədbirlərin rayonlarda keçirilməsi ənənə halını alıb. Bu gün ki, tədbirimiz Şabran rayonunda baş tutdu. Hesab edirəm ki, əhalinin marifləndirilməsində bu tədbirlərin böyük rolu var.

Qərbi Azərbaycana qayıdış ümümi bir məsələdir. Dövlətimizin strateji hədəfidir. İlkin hesablamaya əsasən, Şabran rayonunda Qərbi Azərbaycandan köç etmiş 408 nəfər soydaşımız məskunlaşıb. Bu silsilədən olan tədbirlərimiz bundan sonra da davam etdiriləcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More