İraq ərəb ölkələrinin xarici işlər nazirlərinin regiondakı vəziyyətlə bağlı görüşünün çağırılmasını istəyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə telefon danışığında bildirib.
Nazirlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasının eskalasiyasını müzakirə ediblər.
Onun sözlərinə görə, görüşün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilməsi planlaşdırılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.