Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirlən Elçin Əzizov deyib ki, Xəqani Ömərovu birincə dəfə məhkəmə iclasında görüb. Onun sözlərinə görə, silahlı qruplaşmalar üçün pulu Türkiyədən göndərilən hesaba atıb.
O, bildirib ki, bəzi silahlı qruplaşmalarla əlaqəsi olub: “Mənə əvvəl Suriyada digər silahlı qruplaşmanı maliyyələşdirməkdə ittiham edirdilər. Sonra ittihama İŞİD əlavə olundu”, – təqsirləndirilən şəxs deyib.
Növbəti proses şahidlərin dindirilməsi üçün avqustun 12-nə təyin olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.