ABŞ-də 250-dən çox insan miqrasiya xidməti binasına soxulub

Kütləvi deportasiyalara qarşı çıxan 250-dən çox aktivist Portlenddəki (ABŞ, Oreqon ştatı) miqrasiya xidməti binasına soxularaq federal işçilərlə toqquşmalar və fişəngdən istifadə edərək hücum təşkil ediblər.

“Report” xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

“Dünən gecə Portlenddəki iğtişaş iştirakçıları federal əməkdaşlara hücum ediblər – 250 nəfər fişənglərdən istifadə edib, zabitlərin gözlərinə lazer işıqları yönəldərək onları keçici kor etməyə çalışıb və ABŞ İmmiqrasiya və Gömrük Xidməti binasına soxulublar”, – daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin nəşrə verdiyi şərhdə bildirib.

İqtidara görə, azı beş nəfər saxlanılıb. Onlara federal əməkdaşlara hücum da daxil olmaqla ittihamlar irəli sürülüb.

Qeyd edək ki, aksiyalar Prezident Donald Trampın genişmiqyaslı deportasiyaları nəzərdə tutan miqrasiya siyasəti səbəbindən etiraz əhval-ruhiyyəsinin kəskinləşməsi fonunda keçirilir. Federal müəssisənin binası qarşısında etirazlar artıq ikinci həftədir davam edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More