“Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibi yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan təmsilçisi “Aris” heyətinə yeni futbolçu cəlb edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Saloniki təmsilçisi 25 yaşlı sağ cinah müdafiəçisi Noah Fadiqa ilə anlaşıb. Onun sonuncu klubu Belçikanın “Gent” kollektivi olub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More