İsrailin heç vaxt Trampdan daha yaxşı dostu olmayıb və onun hər bir qərarını qiymətləndirir.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
İranın vurulmasında ABŞ-nin mümkün iştirakından danışan Netanyahu qeyd edib ki, bu, Donald Trampdan asılıdır: “O, oyun qaydalarını bilir”.
O vurğulayıb ki, hər bir müharibə qurbanlar tələb edir: “Oğlum hətta toyu ləğv etdi”.
Baş nazir həmçinin bəyan edib ki, “İran rejiminin devrilməsi xalqından asılıdır, lakin İsrail onlara bunda kömək edəcək şərait yaradır”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.