Şuşaya ikinci dəfədir səfər edirəm. Ötən səfərdən sonra xeyli dəyişikliyin şahidi oldum.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu sözləri Türkiyənin QDİƏT PA-da nümayəndə heyətinin tərkibində olan millət vəkili Erhan Usta deyib.
O qeyd edib ki, Qarabağda tunellər, yeni yollar, hava limanlarının inşası iqtisadi inkişafa səbəb olacaq.
“Mənim üçün çox duyğulu anlardır, buranı çox sevdim. Azərbaycan dövləti çox gözəl, planlı işlər görür. Tezliklə bura iqtisadi cəhətdən inkişaf etmiş və insanların daha çox məskunlaşdığı yer olacaq. İnanıram ki, burada turizm də inkişaf edəcək”, – türkiyəli millət vəkili bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.