Gəncədə riyaziyyat müəllimi sertifikasiya imtahanından 60 bal toplayıb.
“Report”un Qərb bürosunun məlumatına görə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ilk günündə Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova bu mərhələdə maksimum nəticə olan 60 bal toplayaraq yüksək göstərici ilə fərqlənib.
Qeyd edək ki, test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.