Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel bildirib.

Onun sözlərinə görə, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir:

“Biz Kahramanmaraşı yenidən inşa edirik. Türkiyə Prezidentinin dəstəyi ilə ölkəmizdəki ən böyük infrastruktur Kahramanmaraşda təsis edilib. Bu günə qədər 7 milyard Türkiyə lirəsi dəyərində infrastruktur həyata keçirilib. Burada Azərbaycanla birlikdə Mədəniyyət Mərkəzi də təsis ediləcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More