Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.

“Report”un xəbərinə görə, Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin ediliblər.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More