İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, nəticəsi ola bilər.
“Report”un məlumatına görə, bunu İsrail Baş naziri Benyamin Netanyahu “Kan” dövlət televiziya və radio şirkətinə müsahibəsində deyib.
“Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. İkincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İranda hökumətin qeyri-sabit olacağı da göz qabağındadır. Bu, məqsəd deyil, nəticə ola bilər”, – Netanyahu bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.