Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib

Təxminən 550 Rusiya vətəndaşı iyunun 14-dən etibarən Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Təxliyə edilənlər arasında Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçukun film çəkiliş qrupu, Çaykovski adına orkestr, Qorçakov Fondunun əməkdaşları, turist qrupları və s. var idi”, – o bildirib.

M.Zaxarova, həmçinin rusiyalıların İrandan çıxmasına kömək edən ölkələrə minnətdarlığını ifadə edib

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More