Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ lideri Donald Trampa iki ölkə arasında təhlükəsizlik, miqrasiya və ticarət məsələlərini əhatə edən çoxrtərəfli ikitərəfli saziş bağlamaq təklifini irəli sürüb.
“Report”un xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə gündəlik mətbuat konfransında bildirib.
“Mən təklif etdim: niyə biz – təhlükəsizlik, miqrasiya, həmçinin ticarəti əhatə edən saziş ümumi saziş bağlamırıq?”, – Şeynbaum çərşənbə axşamı Ağ Evin rəhbəri ilə telefon danışığından bəhs edərkən deyib.
“Biz çoxlu razılaşmalar əldə etmişik: bu gün daha təhlükəsiz sərhədimiz var. Miqrasiya baxımından Meksikadan keçən miqrasiya axınında əhəmiyyətli dərəcədə azalma var”, – o qeyd edib.
Meksika liderinin sözlərinə görə, Tramp ölkələr arasında hərtərəfli sazişin bağlanması təklifinə baxmağa razılaşıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.