UEFA Konfrans Liqasının II mərhələsində “Aris”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. İyunun 16-dan məşqlərini bərpa edən komandamız transfer çalışmalarını davam etdirir. Həm hazırlıq, həm də rəqiblə bağlı komandamızın təcrübəli üzvü Qara Qarayev açıqlama verib: “Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. “Aris”də həmçinin. Yunan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.