“Araz-Naxçıvan”ın rəqibi milli üzvünü transfer edib

“Araz-Naxçıvan” klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) heyətini gücləndirib.

“Report” xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yunanıstan yığmasının 28 yaşlı hücumçusu Tasos Donislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More