Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində “Xankəndi” klubu yaradılıb.
Bu barədə “Report”a AKF-nin mətbuat xidmətindən məlumat verilib.
Murad Səmədzadə klubun rəhbəri və baş məşqçisi təyin olunub.
Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.
Qeyd edək ki, klub Xankəndi şəhərində fəaliyyət göstərəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.