Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.
Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı çərçivəsində idmançılar IJF-nin Atletlər Komissiyasına nümayəndələrini seçib. Seçki nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.
Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.