Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib – VİDEO
Baxış:359
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşıb edib.
“Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq”.
Visit to Lachin with the diplomatic corps. We landed in Lachin Airport and tomorrow we will continue with Shusha and Aghdam program. Return to Baku by Aghdam-Baku train. pic.twitter.com/IwtTIuSDfO
Qeydə edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar, Laçın İstirahət Kompleksi, “Hoçazfilm” studiyası, “Yurd” qalereyası, “Lacinema” mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və “Gilabi Ceramics” mərkəzlə tanış olublar.
Comments are closed, but trackbacks and pingbacks are open.