KİV: Britaniya ABŞ-ni terror təhlükəsi səbəbindən İrana zərbə endirməməyə çağırır

Böyük Britaniya və Avropa İttifaqı üzv ölkələri ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salmağa çalışırlar.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, London ABŞ-nin bombardmanı halında İranın “Avropa küçələrində terror kampaniyası keçirmək üçün öz proksi şəbəkəsindən istifadə edə biləcəyindən” ehtiyat edir. Nəşr qeyd edib ki, bu arqumentlər Trampla işləyə bilər, nəzərə alsaq ki, “The Daily Telegraph”ın iddiasına görə, Tehran keçmişdə ona qarşı sui-qəsd hazırlamış ola bilərdi.

Bundan əlavə, Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqı İranda hələ də bir neçə qərb ölkəsinin vətəndaşının saxlanılması ilə əlaqədar Vaşinqtonu təmkinli olmağa çağırıb.

Qəzet xatırladıb ki, son illər ərzində “Birləşmiş Krallıqla əlaqəli” ən azı 15 nəfər casusluq ittihamı ilə islam respublikasında saxlanılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More