Klublararası DÇ: PSJ “Botafoqo”ya uduzub

Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen” klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliyanın “Botafoqo” komandasına 0:1 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, görüş ABŞ-nin Kaliforniya ştatının Pasadena şəhərində keçirilib.

Yeganə qolu 36-cı dəqiqədə Braziliya hücumçusu İqor Jezus vurub.

Oyun gününün digər matçında İspaniyanın “Atletiko” komandası Amerikanın “Sietl”inə qalib gəlib (3:1). Qələbə qolunun müəllifi belçikalı yarımmüdafiəçi Aksel Vitsel olub.

İki turun nəticələrinə görə, “Botafoqo” B qrupunun turnir cədvəlinə 6 xalla liderlik edir. Pley-offa çıxmaq üçün Braziliya komandasının qrup mərhələsinin son matçında məğlub olmaması kifayətdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More