Niderland millisinin sabiq futbolçusu Belçika klubunun baş məşqçi postundan ayrılıb

Niderland millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Dirk Kuyt Belçika təmsilçisi “Beershot”un baş məşqçi postundan ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

“Beershot” onun rəhbərliyi altında ötən mövsümü Belçika Pro Liqasında uğursuz çıxış edərək aşağı diviziona düşüb.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Fənərbağça” ilə yanaşı, “Liverpul” (İngiltərə), “Feyenoord” və “Utrext”in (hər ikisi Niderland) də formasını geyinmiş Dirk Kuyt Antverpen komandasını 2023-cü ildən çalışdırırdı.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More