Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bunu İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gələn gündəmdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More