Qaraçuxurda evdən dəyəri 14 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evdən dəyəri 14 min 400 manat olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More