Türkiyənin enerji naziri “Qazprom”un rəhbəri ilə qaz sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində “Qazprom”un rəhbəri Aleksey Miller ilə qaz sahəsində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Bayraktar sosial şəbəkədə yazıb.

“Milli şirkətimiz “Botaş” və “Qazprom” arasında enerji münasibətlərinin təməl daşlarından biri olan təbii qaz sahəsində əməkdaşlığımızı hərtərəfli müzakirə etdik. Bu əməkdaşlığın daha da inkişafına töhfə verəcək imkanları və inkişaf etdirilməsi lazım olan istiqamətləri qiymətləndirdik”, – nazirin paylaşımında deyilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More