Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında “Airom Cup” beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.
“Report” xəbər verir ki, final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın “Kutaisi” komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib.
Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız “Airom Cup” beynəlxalq turnirinin çempionu olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.